Tünzalədən Aygün Kazımovanın İnstaqramda izləməyə addımına CAVAB


Tünzalədən Aygün Kazımovanın İnstaqramda izləməyə addımına

Xalq artisti Aygün Kazımovanın küsülü olduğu həmkarı Tünzalə Ağayevanı İnstaqramda izləməyə almasına qarşı tərəfdən cavab gəlib.

MediaTime xəbər verir ki, sənətçi də Aygün Kazımovanın bu addımına müsbət yanaşaraq onu Instagramda təqib etməyə başlayıb. 

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Röya Ayxan həmkarı, Xalq artisti Aygün Kazımovanı İnstaqramda izləməyə başlamışdı. Lakin o, sənətçiyə qarşılıq verməmişdi. A.Kazımova bu günlərdə Röya Ayxanı "follow" etməyə başlayıb.


Elton HACIYEV