Deniz Akkaya Rihanna ilə yarışır -FOTOSESSİYA


Deniz Akkaya Rihanna ilə yarışır

Türkiyəli model Deniz Akkaya saç düzümü ilə hər kəsi təəccübləndirib.

MediaTime  xəbər verir ki, yeni fotosessiyası üçün obyektiv qarşısına keçən model başının bir tərəfini keçəl etdirib. Yeni imicindən danışan Deniz buna son anda qərar verdiyini və fərqli görünmək üçün belə bir addım atdığını deyib. Akkaya saç düzümünü məşhur azərbaycanlı vizajist Kamran Jabbarovun hazırladığını bildirib. 

Modelin fotolarını Buse Tirman lentə alıb.

Qeyd edək ki, eyni saç modelini bir neçə il öncə dünya ulduzu Rihanna da etdirib.









Elton HACIYEV