"Mənim nə işim var elə proqramda?" Rəhim Rəhimli telekanallardan NARAZILIQ ETDİ


"Mənim nə işim var elə proqramda?"

"Hər kəs müxtəlif fikirlər səsləndirir bu barədə. İlk dəfə açıqlayacam. Məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə bəzi insanlarla aramda sözümün çəp gəlməsindən  incimişdim. Buna görə ölkəni tərk etdim. Ancaq gedəndə  5 günlük, bir həftəlik düşünürdüm. Elə olmadı.. 5 il qaldım.. Və etiraf edim ki, Türkiyə bilsə də hamı, orda deyil, Moskvada oldum uzun müddət".

MediaTime xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli bu günə qədər sirli qalan, hərənin müxtəlif şəkildə fikirləşdiyi 20 il bundan əvvəl ölkəni tərketmə səbəbini ilk dəfə Kazım Sübhanın "Özəl" layihəsində açıqlayıb.

Sənətçi bayağı mahnılardan da danışıb:

"Bayağı nə deməkdir? Heç kim başa sala bilmir. İndiki mahnılar anlaşılmır. Sosial şəbəkələrdə baxış sayı ilə ölçülür. Qəribə odur ki, o mahnıların kütləsi də var. Biz sənətə gələndə belə düşünmürdük. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov dəsti-xəttlərindən əsər-əlamət qalmayıb".

Rəhim Rəhimli efirlərdə hal-hazırda yayımlanan  proqramlardanda narazılıq edib:

"Baxıram efirlərə..Məni dəvət edirlər..Deməli, biri ailəsindən boşanıb..Biri küsüb.. Birinin ailə problemi müzakirə olunur.Sənətçini də 1 saatda 1 dəfə ancaq oxumağa çağırırlar. Mənim nə işim var elə proqramda ? Bu sənətçiyə, sənətə olan ən böyük təhqir və hörmətsizlikdir".

Elton HACIYEV