Küsüb İnstaqramdan getdi


Küsüb İnstaqramdan getdi

Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov hər kəsi təəccübləndirəcək addım atıb.

 

MediaTime  xəbər verir ki, sosial şəbəkələrdə aktiv olan sənətçi İnstaqram səhifəsini bağlayaraq sosial arenadan uzaqlaşıb. 40 mindən çox izləyicisi olan sənətçinin belə addım atmasının səbəbi bəlli deyil. İddia olunur ki, sənətçi haqsızlıqlara, hörmətsizliklərə qarşı dözməyə taqəti, gücü qalmadığı üçün instaqram paylaşım platforması ilə yollarını ayırır.

Seyranın mətbuat katibi Elton Hacıyev də mövzu barədə İnstaqram səhifəsində açıqlama yayıb:

“Bu sektorda müğənni olmaq çox çətindir. Sənət üçün nə lazımdırsa, Seyran edir. Ona qarşı edilən hörmətsizliklərə qarşı mübarizə aparır. Seyranın bu mübarizəsini qeyd etməliyik. O, cəsarətli biridir”. 




Elton HACIYEV