Deniz Akkayadan sonra türk fashion fotoqraf da Kamran Jabbarovu seçdi - FOTOSESSİYA


Deniz Akkayadan sonra türk fashion fotoqraf da Kamran Jabbarovu seçdi

Türkiyəli məşhur fashion fotoqraf Buse Tirman diqqət çəkmək üçün "Mavi cazibə" adlı fotolayihə həyata keçirib.

 

MediaTime  xəbər verir ki, şəkillər üçün fotoqraf azərbaycanlı vizajist Kamran Jabbarovla fotokamera qarşısına keçib.  Məşhurların fotosessiyası Türkiyə mediasında işıqlandırılıb. 

 

Qeyd edək ki, bu yaxınlarda türkiyəli model Deniz Akkaya da Kamranla fotosessiya etdirib.

Xatırladaq ki,  Türkiyədə yaşayan  azərbaycanlı vizajist Kamran Jabbarov bacarıqlı işləri ilə qısa müddətdə böyük populyarlıq qazanıb. Deniz Akkaya, Tuğba Özbay, Qonca Vuslateri, Deniz Seki və digər məşhurlarla işləmək şansı qazanan vizajistdir.




Elton HACIYEV