Bacısı köməyə gəldi


Bacısı  köməyə gəldi

Türk pop musiqisinin sevilən ifaçısı Ajda Pekkan əməliyyat olunub.

MediaTime bildirir ki, sənətçi dizlərinə yığılan kirəclənmə nəticəsində yeriməkdə çətinlik çəkib və bıçaq altın yatmağa məcbur olub. O, əməliyyat olunaraq dizlərinəki sulardan azad olub.

İstanbulda ev şəraitində müalicəsini davam etdirən Ajdaya həkim ayağa qalxmağı qadağan edib. Hazırda sənətçiyə bacısı Semiramis Pekkan qulluq edir.


Elton HACIYEV