Roza Zərgərli Leyla Əliyevanın sözlərinə mahnı oxudu: "Mən vurulmuşam"


Roza Zərgərli Leyla Əliyevanın sözlərinə mahnı oxudu:

Müğənni Roza Zərgərli "Я влюбилась" ("Mən vurulmuşam") adlı yeni mahnısını təqdim edib.

MediaTime xəbər verir ki, mahnı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə bəstələnib. Musiqinin müəllifi Sevinc Tofiqqızıdır. 
 
R.Zərgərli bildirib ki, hazırda yeni mahnılar üzərində çalışır. Onlardan bir neçəsini isə ekranlaşdırmağı planlaşdırır.



Elton HACIYEV