Röya qarın üzərində dondan-dona girdi -Video


Röya qarın üzərində dondan-dona girdi

Xalq artisti Röya Ayxan Türkiyədə lentə alınan yeni layihəsini təqdim edib.  

MediaTime xəbər verir ki, pop ulduzun “Qış yuxusu” adlı mahnısının sözləri və musiqisi Zülfi Bədəlov, aranjimanı Elvin Musayevə məxsusdur. Bəstənin ekranlaşdırılması üçün Türkiyədən böyük komanda cəlb edilib.
Çəkilişləri Türkiyədə baş tutan klipin rejissorluğunu Mustafa Ceceli, “Model” qrupu, Serkan Kaya, Ömür Gedik və onlarla reklamların müəllifi olan Uygur Akkaya, bədii rejissor və sənət animasiya dizaynı Ayşe Müftüoğlu edib. 
Xalq artistinin staylinqi ilə Özgür Yüksel  və Doğuş Rasim Subaşılar məşğul olub.
Layihənin baş prodüseri Kənan Bayramovdur. 

“Qış yuxusu” yutub və digər  bütün digital musiqi platformalarında yerləşdirilib.



Elton HACIYEV