"Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz"


"Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz"

"Mənə bloqqer Sevinc deyirlər. Gileylənməyəcəm, sosial şəbəkələrdən qazanıram. Reklamlar, "Youtube" hesabına dolanıram. Əvvəlki kimi deyil, amma Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz".

MediaTime xəbər verir ki, bu sözləri əkiz bacılardan biri olan Sevinc Səfərova "Səhər mərkəzi" proqramında deyib. Sənətçi pandemiyada qazancından bəhs edib. O, Rusiya toylarına gedən sənət adamlarını ələ salıb:
"İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var. İndi gedənlər orada yaşayanlara mane olurlar. Elə bir qiymətə toya gedirlər ki... Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn on başqa ifaçını dəvət edərəm. Bu dərdi Allah bizə verib, dözməliyik. Lazım deyil hamı köçsün ora".

Elton HACIYEV