"Üçüncü şəxslərin peyda olması bəzi məsələlərdə aramızı soyutdu" - Nura Suri danışdı


"Üçüncü şəxslərin peyda olması bəzi məsələlərdə aramızı soyutdu"

Müğənni Nura Suri həmkarı Samir Cavadzadə ilə danışmadıqlarını söyləyib.

MediaTime xəbər verir ki, sənətçi bu haqda "10-da görüşək" proqramında danışıb. O bildirib ki, əvvəl çox yaxın dost olsalar da, artıq araları dəyib:

"Şou-biznesdə bir çoxları ilə aram soyuqdur. Biri Samir Cavadzadə... Əvvəl çox yaxın idik. Səhər oyananda bir-birimizlə danışırdıq, axşam yatanda sağollaşırdıq. Bilirdik kim nə vaxt yatdı, nə vaxt durdu. Üçüncü şəxslərin peyda olması bəzi məsələlərdə aramızı soyutdu".

Elton HACIYEV