İzzət yeni verlişindən danışdı: "Qalmaqaldan uzaq olacağıq"


İzzət yeni verlişindən danışdı:

Müğənni İzzət Bağırov yeni verilişi haqqında danışıb.

MediaTime-a açıqlama verən müğənni bildirib ki, verilişi həftənin cümə günü efirə gedəcək:

"Verilişim "İzzət şou" adlanır. MTV rəhbərliyinə təşəkkür edirəm ki, layihəmi bəyəndilər, qəbul etdilər. Böyük studiyada canlı orkestrla gözəl verilişim olacaq. Biz canlı ifalara üstünlük verəcəyik, sevilən sənətçilərlə tamaşaçıların qonağı olacağıq. Çalışacağıq ki, qalmaqaldan, söz-söhbətdən uzaq olaq".

Qeyd edək ki, "İzzət şou"nun ilk efir günü aprelin 23-ü olacaq.

Elton HACIYEV