Hadisəni Rezanın evində görüblər


Hadisəni Rezanın evində görüblər

İş adamı Reza Zerrabın müğənni Hadisə ilə həyat yoldaşı Ebru Gündəşə xəyanət etməsi ilə bağlı yayılan iddialar böyük səs-küy yaradıb.

MediaTime
türk mətbuatına istinadən xəbər verir ki, Ebru məhkəməyə boşanma ərizəsi ilə müraciət edərkən xeyli sübutlarının olduğunu bildirib. Onlardan biri də falçı qadının şahid olduqlarıdır.
Belə ki, Reza ilə Gündəşin illərdir fal baxdırdığı bir xanım var. Bir dəfə o Zerrabın dəvəti ilə Mayamiyə gedir. Həmin vaxt Rezanın evində Hadisə ilə qarşılaşır. Lakin gördüklərini kimsəyə danışmasın deyə onu tənbeh ediblər. Falçı qadın Türkiyəyə qayıdanda isə hər şeyi Ebruya danışıb.

Elton HACIYEV