Toy etməyə hazırlaşan cütlüyə göz dəydi


Toy etməyə hazırlaşan cütlüyə

"Yasak elma" serialında tanış olub eşq yaşamağa başlayan Nəsrin Cavadzadə və Gökhan Alkan cütlüyü evlənməyə hazırlaşdığını açıqlamışdı.

MediaTime Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda cütlüyün ayrıldığı iddia edilib. Belə ki, Nəsrin sevgilisi Gökhanla çəkdirdiyi bütün fotolarını İnstaqram hesabından silib. Bu da cütlük haqqında ayrılıq xəbərlərinin yayılmasına səbəb olub.
Cavadzadə ilə Alkandan məsələ ilə bağlı hər hansı bir açıqlama gəlməyib.

Elton HACIYEV