“Cenniferə deyil, atama bənzəyirəm” - Ziynet Sali


“Cenniferə deyil, atama bənzəyirəm” -

Müğənni Ziynet Sali maraqlı açıqlaması ilə gündəmə gəlib.

MediaTime türk mediasına istinadən xəbər verir ki, sənətçi pandemiya olmasına baxmayaraq sevənlərinə "Yaşam çiçeyi" adlı yeni albom təqdim edib. Onun bu albomu ilə özünü daha çox Cennifer Lopezə bənzətdiyi bildirilib.
Bununla bağlı açıqlama verən Sali heç kimə deyil, atasına bənzədiyini bildirib:

“15 ildi müğənniliklə məşğul oluram. Bir insan bu qədər il necə başqasına bənzədilə bilər? Qəbul edirəm, gözəl qadındır, gözəl musiqi və geyim tərzi var. Amma ondan da gözəl qadınlar var. Nəyə görə özümü sırf ona bənzətməliyəm? Mən Cenniferə deyil, atama bənzəyirəm”.

Elton HACIYEV