Aygün Kazımova Röyadan danışdı: "Çıxışları gözəl təsir bağışlayır..."


Aygün Kazımova Röyadan danışdı:

"Röyanın son zamanlar çıxışları gözəl təsir bağışlayır. Xüsusən "33 sual" da cavablarını izlədim və xoşuma gəldi. Məncə, çox doğru istiqamətdə və mövqedədir". 

MediaTime xəbər verir ki, bu sözləri Axşam.az-a qısa müsahibəsində Xalq artisti Aygün Kazımova deyib. "Röya Ayxan da bu yaxında sizinlə duet oxumaq istəyini dilə gətirdi. Bu təklifə münasibətiniz necə oldu" sualına Kazımova "Duetə gəlincə isə, əlbəttə niyə də olmasın. Bəstəkarlarımız bizə yaxşı bir mahnı yazsın, biz də gözəl bir layihə şəklində sevənlərimizə təqdim edərik" cavabını verib. 

Elton HACIYEV