5 günə 4,5 kiloqram arıqladı


5 günə 4,5 kiloqram arıqladı

Modelyer və dizayner İvana Sert artıq çəkilərindən xilas olmaq üçün ciddi pəhrizə başlayıb.

MediaTime türk mətbuatına istinadən bildirir ki, o, 5 günlük "Lifeco" detoks düşərgəsinə gedib. Modelyer burada keçirdiyi 5 gün ərzində 4,5 kiloqram arıqlayıb.
İvana tez zamanda bu qədər çəkini çoxlu idman edərək və pəhriz yeməkləri yeyərək atıb. Sert bundan sonra həyat tərzində böyük dəyişikliklər edəcəyini açıqlayıb.

Elton HACIYEV