Aygün Kazımova: "Bir duet ortağım olacaqdı ki..."


Aygün Kazımova:

Xalq artisti Aygün Kazımova yeni duet oxumağa hazırlaşır.

MediaTime xəbər verir ki, bu haqda Axşam.az-a qısa müsahibəsində sənətçi deyib. 

A.Kazımova yeni duetlə dinləyicilərini sevindirəcəyini də gizlətməyib:

"Pandemiyadan əvvəl elə bir duet ortağım olacaqdı ki... Çox təəcüblənəcəkdiniz. Pandemiya bir az planlarımızı təxirə saldı, amma poza bilmədi. Səbr edin, yaxında gözəl layihələr olacaq. İnşallah, görəcəksiniz ki, növbəti duet ortağım kim olacaq. Əminəm, çox təəcüblənəcəksiniz".

Elton HACIYEV