Burda fonoqrama icazə yoxdur - ARB-də yeni veriliş


Burda fonoqrama icazə yoxdur -

Bayağı musiqinin baş alıb getdiyi bir zamanda Kazım Sübhan daha keyfiyyətli layihə ilə ARB-də görünəcək.

MediaTime
xəbər verir ki, "Özəl Akustik" adlanan proqramda məşhur müğənnilərin canlı akustik konserti olacaq.
Verilişə sosial şəbəkələrdəki çıxışı ilə tanınan, Türkiyədə də sevilən Nahidə Babaşova ilə start verilib. 
Bu gündən etibarən ARB-də hər cümə axşamı saat 23:05-də sadə və maraqlı studiyada canlı musiqi təqdim olunacaq.



Elton HACIYEV