Bu serial da reytinq qurbanı oldu


Bu serial da reytinq qurbanı oldu

İki ay bundan əvvəl Show TV-də yayımlanmağa başlayan “Zemheri” serialı final edir.

Bir müddətdir televiziya layihəsinin bağlanacağı deyilsə də, kanal rəhbərliyi ekran işinin vaxtından əvvəl tamaşaçılarla vidalaşacağını açıqlayıb.

8 bölüm yayımlanan “Zemheri”nin reytinq nəticələri yüksəlməyib və final qərarı verilib.
Qeyd edək ki, “Ay Yapım” istehsalı olan serialda Ayça Ayşin Turan, Alperen Duymaz, Caner Cindoruk, Hazal Filiz Küçükköse və başqa tanınmış simalar rol alır.