"Hamı küçədə qalıb, tək ev gəlini sənsən" - Güneldən Rəqsanəyə


"Hamı küçədə qalıb, tək ev gəlini sənsən" -

Müğənni Rəqsanə İsmayılovanın Rusiyada işləmə gedən şou-biznes nümayəndələri haqda dediyi sözlərə bu dəfə Günel Ələkbərova münasibət bildirib.

MediaTime xəbər verir ki, sənətçi qarşı tərəfi ünvanına tənqidlər səsləndirib:

"Ayıbdır Vallah. Hamı küçədə qalıb, tək ev qızı, ev gəlini sənsən?! Danışığa bax. Bu nə özgüvən? Axı niyə belə edib özünü də, həmkarlarını da insanların gözündən salırsan? Hər kəsin özünə görə bir keçmişi var. Ona görə kimsə çox da dərinə getməsin".
Qeyd edək ki, Rəqsanə Rusiyada işləməyə gedən azərbaycanlı müğənniləri "Toydan sonra evinizə gedin. Gedib kişi məclisində oturmayın" sözləri ilə təhqir etmişdi.

Elton HACIYEV