"Yeni imicim dünya ulduzlarını şoka salacaq" - Afaq Aslan


"Yeni imicim dünya ulduzlarını şoka salacaq" -

Hollivud tələblərinə tam cavab vermək istəyi atdığı hər addım, dediyi hər söz, etdirdiyi hər bir fotosessiyası ilə mətbuatın dərhal diqqət mərkəzinə çevirən cazibədar Afaq Aslanı heç nədən çəkindirmir.

Ötən həftə plastik əməliyyat keçirmiş Afaqın səhhəti çox yaxşıdır. Daim eksklüzivlərini oxucularımızla bölüşən xanım Aslan yenə də bizə danışdı:

"Əməliyyat gözlədiyimdən də uğurlu keçdi. Açıq demək lazımdırsa, sırf yeni layihəm üçün plastik əməliyyata razı oldum. Düşünün ki, bu, başlanğıc idi, hələ daha yeni imic üzərində çalışırıq. Bu imiclə hərkəsi təccübləndirəm. Dünya ulduzları belə məni görüb, şoka düşəcək".

 Elton HACIYEV