Tanınmış menecer vəfat etdi


Tanınmış menecer vəfat etdi

WediaCorp Azərbaycan şirkətinin meneceri Ceyhun Əsədov vəfat edib.
 
MediaTime 
xəbər verir ki, o, ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Ceyhunun beyninə qan sızıb və əməliyyat olunub. Bir ay komada qalan youtuber Tovuzda müalicə alırdı.
 
Qeyd edək ki, Ceyhunun 37 yaşı var idi. O, bir çox müğənninin Youtube kanalını işlətməsi ilə məşhurlaşmışdı.

 






Elton HACIYEV