Samirənin yenə də Aygün Kazımova tərzi - Fotolar


Samirənin yenə də Aygün Kazımova tərzi

Xəbər verdiyimiz kimi, ötən gün Niderlandın ev sahibliyi etdiyi “Avroviziya” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub.

MediaTime-ın məlumatına görə, Rotterdam şəhərində keçirilən tədbirə Malta və Rumıniya istisna olmaqla bütün iştirakçı ölkələr qatılıb.
Açılışda Azərbaycan təmsilçisi Samirə Əfəndi də yer alıb. O, firuzəyi xalçada məşhur dizayner Rüfət İsmayılın kolleksiyasından olan libasda görünüb.
Modelyerin həmin kolleksiyasına bir müddət əvvəl Xalq artisti Aygün Kazımova da konsertlərindən biri üçün müraciət etmişdi.
S.Əfəndinin saç və makiyajı üzərində məşhur stilist Anar Ağakişiyev çalışıb.
Qeyd edək ki, ifaçı yarışmada Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil edəcək.