Seyranın özünə doğum günü hədiyyəsi: "Hercai"


Seyranın özünə doğum günü hədiyyəsi:

Almaniyada yaşayan müğənni Seyran İsmayılxanov doğum günündə yeni ifasını təqdim edib.

 

MediaTime-ın məlumatına görə, sənətçi sözü və musiqisi Çelikə aid olan məşhur "Hercai" bəstəsini səsləndirib.

 

Seyran 1995-ci ildə təqdim edilən mahnını akustik şəklində səsləndirib və bəstəyə video rolik də hazırlatdırıb.

 

Qeyd edək ki, bəstəni ilk dəfə Çelik oxuyub. Mahnı S.İsmayılxanovun rəsmi “Youtube” kanalında təqdim olunub.




Elton HACIYEV