Yeni film gəlir: "Faberge"


Yeni film gəlir:

Azərbaycanın tanınmış aktyorları yeni layihəyə imza atır.

MediaTime xəbər verir ki,onlar Rusiyanın böyük film platforması olan "КиноПоиск" üçün "Faberge" adlı qısametrajlı film ərsəyə gətirəcək. Təklif sözügedən film platformasından aktyorlarımıza gəlib.
 
Filmin baş rollarını Əlixan Rəcəbov, Elcan Rəsulov, Nicat Rəhimov, Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndərov və Cavid Nəsrullah paylaşır. Film kriminal-komediya janrında olacaq və iyun ayının əvvəlində izləyicilərin ixtiyarına buraxılacaq.  

Sözügedən filmin çəkiliş anından görüntüləri təqdim edirik: