“30 ildir sənətdəyəm, özümü sübut etməyə...” – Vasif Məhərrəmli


“30 ildir sənətdəyəm, özümü sübut etməyə...” –

Müğənni Vasif Məhərrəmli “İzzət şou” verilişinin qonağı olub.

MediaTime xəbər verir ki, sənətçi onu yekəxana adlandıranlara cavab verib:

“Mən artıq bu haqda danışmaq istəmirəm. Mən  yaşı haqlamışam adamam. Pis, yaxşı sözümü demişəm. Özümü kiməsə sübut etməyə ehtiyacım yoxdur. Kimsə məni sevirsə, sevəcək. Sevəməyənlərə də canım qurban. Sevməyənlər olmasaydı, Vasif Məhərrəmli olmazdım. 30 ildir sənətdəyəm, daha kimə nə sübut edim”. 

Müğənni həmkarı Xatirə İslamdan da danışıb: 

“Kişi kimi qadın sözünü sevmirəm. Qadın qadın kimi olmalıdır. Qadın gözəllikdir. Xatirə də güvənilir qadındır. Ona hansı prizmadan yanaşsan, görərsən ki, güvənilir insandır. Onunla dostluq etdiyim üçün çox şadam. Başqası ilə duet oxuyanda şərh yazıram ki, Allah heç xeyir verməsin”.

Elton HACIYEV