Orxan və Röyanın “Bulud”ları - VIDEO


Orxan və Röyanın “Bulud”ları -

Hazırda ABŞ-da yaşayan tanınmış repçi Orxan Zeynallı yeni işini təqdim edib.

MediaTime xəbər verir ki, Orxan Zeynallı Röya Miriyeva ifa etdiyi növbəti "Bulud" adlı trekinə ekran həyatı verib. Klipin çəkilişləri ABŞ-ın 3 fərqli ştatında baş tutub: Kaliforniyadakı Ölüm Vadisində yerləşən duz gölündə, Nevada ştatında yerləşən Las Veqas şəhərində və Nyu York ştatındakı məşhur “Jones Beach”də.
Ekran işinin rejissorluğunu Kaliforniyada fəaliyyət göstərən Röyal İsmayılov və Elçin Süleymanov edib. Nyu York kadrlarını isə Rəsul Məlikzadə çəkib.
Repçi isə öz növbəsində klipdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, bu Orxan Zeynallı ilə Röya Miriyevanın sayca 3-cü işbirlikləridir.



Elton HACIYEV