Eldar uşaqların müdafiəsinə qalxdı: "Sehrli dünya"


Eldar uşaqların müdafiəsinə qalxdı:

Məşhur müğənni Eldar Qasımov və 6 yaşlı Ömər Bəbirli "1 İyun-Uşaqların Beynəlxaq Müdafiəsi günü" üçün yeni mahnı və klip təqdim edib.

MediaTime xəbər verir ki, mahnıda Ömərin simasında Eldarın uşaqlığını oxuyur. Klipdə də bu ideya öz əksini tapıb. Mahnının musiqisi elə Ömərin valideynləri Bəbir və Ülviyyə Bəbirliyə, sözləri isə Nurlana Cəfərovaya məxsusdur

Klip bu gün təqdim olunduqdan sonra Eldar Qasımov bunları deyib: "Əslində uşaqlıq mənim həyatımın ayrılmaz bir hissəsidir. Çünki, uşaqlarda mən səmimiliyi, paklığı, dürüstlüyü görürəm, hansı ki, indiki dövrdə bunu tapmaq çox çətindir. Amma uşaqlarda bunu görəndə insanın ürəyi açılır. Mən hər zaman imkan daxilində mütləq uşaqlarla təmasda oluram, onlarla ünsiyyət qururam və bundan böyük bir enerji alıram. Bu mahnı Azərbaycan uşaqlarına olan bir töhvədir. Mən istəyirəm ki, bizdə uşaqlar üçün daha çox mahnılar yaransın,  çünki uşaqlar cəmiyyətin elə bir hissəsidir ki, onlar hər şeyi gözəl, yaxşı görməlidirlər. Belə olan halda onlar həyata sevgi ilə böyüyəcəklər. Bu çox vacibdir. Klipə gəldikdə isə orada sadəcə mən və Ömər var. Ömər mənim uşaqlığımı, mən isə onun gələcəyini xatırladıram. Belə bir ruh mübadiləsini göstərməyə çalışmışıq". 



Elton HACIYEV