"Gəl mənə” üçün Misiri seçdi - Video


"Gəl mənə” üçün Misiri seçdi -

Müğənni Sevda Yahyayeva sevənlərinə yeni klip təqdim edib.

MediaTime xəbər verir ki, sənətçi “Gəl mənə” adlı mahnısına ekran həyatı verib.
Dinamikası ilə yayın hitinə çeviriləcək mahnının sözləri Altay Yaşara, musiqisi isə Pərviz Mahmudova aiddir.
Misirin paytaxtı Qahirə və Giza ehramları kompleksində lentə alınan klipin rejissorluğunu Zeynal Məmmədli edib.
Kompozisiya Sevdanın rəsmi “Youtube” kanalına yerləşdirilib. Klip qısa müddətdə minlərlə insan tərəfindən izlənilib.



Elton HACIYEV