"Səni meymunluğuna görə çağıracaqlarmı?" - Murad Arif


"Səni meymunluğuna görə çağıracaqlarmı?" -

"7 ilə sənətimə yarım milyona yaxın pul xərcləmişəm. Söz və musiqini özüm yazdığım üçün çox olmayıb".

MediaTime
xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif   "MTV Azərbaycan" kanalında yayımlanan "Üzə-düz" proqramında deyib. İfaçı yaradıcılığına son 7 ildə xərclədiyi məbləği açıqlayıb.

Murad daha sonra sosial şəbəkədə aktiv olan ifaçılardan söz açıb:

"Bəlkə də, "TikTok", İnstaqram dönəmində çıxıb, meymunluq eləyib tutmaq olur.  Amma səni meymunluğuna görə çağıracaqlarmı? Axı səni ifana görə dəvət edirlər. Aktyor nəyə görə aktyordur? Rollarına görə. İfaçı nəyə görə ifaçıdır? Repertuarına görə. Ona görə qazanmaq üçün sosial aləmdə meymunluq etmək olmaz. Bəziləri deyir, "mənə şou-biznes deməyin". Şou və biznes sözünə niyə belə diksinirsiz? Bizim təltifetmə geclərimizi "Oskar"la müqayisə edə bilərikmi? Yox! Bizim müğənnilərin konsertini Beyonsunku ilə müqayisə edə bilərikmi? Yox! Heç kimi qınamıram, industriya, avadanlıq, ortaya qoyulan pullar belədir".


Qeyd edək ki, verlişinin aparıcısı Lamiyə Balacayevadır.

 Elton HACIYEV