Qardaşının ölümündən sonra sənətdən gedən Xatun GERİ DÖNÜR


Qardaşının ölümündən sonra sənətdən gedən Xatun

Bir neçə ay bundan öncə qardaşını itirdikdən sonra depressiyaya düşən, nə efirlərdə görə bilirdik, nə də sosial şəbəkələrdə özünə aid heç bir paylaşım etməyən müğənni Xatun Əliyeva depressiyadan çıxıb.

MediaTime xəbər verir ki, sənətçi nəhayət ki, aylar sonra yenidən özünü toparlayaraq işlərinin başına keçərək, izləyicilərinə "Çətin də olsa qayıdıram sənətə, səhnəyə..." xəbərini verib. 
Xatun qardaşının xatirəsinə ifa etdiyi mahnıya çəkilən klipdən görüntü paylaşıb.  "ACI" adlanan mahnının klipini yaxın günlərdə tamaşaçılarına təqdim edəcək...

Elton HACIYEV