“Buğlama”nın aktyoru yeni kriminal filmə ÇƏKİLDİ – Bu dəfə ciddi OBRAZDA - FOTO


“Buğlama”nın aktyoru yeni kriminal filmə ÇƏKİLDİ –

 

“Buğlama” komedik serialdan tandığımız gülüş ustası Nicat Rəhimov kriminal- komediya janrında yeni filimdə ciddi obraz kimi baş rola çəkilib.

MediaTime xəbər veri ki,  film proyekti 2021-ci ilin may ayından start götürüb. Çəkilişləri 3 gün davam edən yeni filmin adı “Faberje”dir.

Nicat Rəhimov baş rolda Rəhim adlı ciddi bir obrazı canlandırıb.

“Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmağı bacarmaq lazımdır”. 

Nicat Rəhimov 17 aprel 1986-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə İncəsənət Gimnaziyasını bitirərək Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.  2006-cı ildən başlayaraq 4 il ərzində "Planet Parni iz Baku" komandasında aktyorluq fəaliyyəti ilə məşğul olub, sonra "Bozbash Pictures" layihəsində rol alıb. Həmin layihədə canlandırdığı “Şirin” obrazının öhdəsindən çox məharətlə gəlməyi bacarıb və o rolu  çoxmilyonlu xalqa sevdirə bilib.

2011-2012-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib və “Sərvər” obrazını canlandırıb.  

2014-cü ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır və 2016-cı ilədək "Şirin çay" verilişində aparıcılıq fəaliyyəti ilə məşğul olub.  Azad Azərbaycan TV-də yayımlanan “Buğlama” serialında 6 obrazı məharətlə canlandıran istedadlı aktyor Nicat Rəhimov Azərbaycanın xalq artisti Yaşar Nurinin bacısı oğludur.


Elton HACIYEV