Nigar İbrahimova: "Eşq olsun sizin kimi əsl dosta Aygün Kazımova"


Nigar İbrahimova:

"Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Sözlərlə anladılması çətindir. Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. Dostlarınla gözəl münasibət qur". 

 

MediaTime  xəbər verir ki, bu sözləri tanınmış stilist-vizajist Nigar İbrahimova sosial şəbəkədə yazıb. Oİnstaqramda Xalq artisti Aygün Kazımova ilə birgə çəkilən şəkillərini paylaşaraq, neçə dost olmasından yazıb:

 

"Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol, mərd adamda çox da nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz. 

- Dostluğun birinci şərti etibardır . 

- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir ... Bunları bizlər hər yerdə oxuyuruq amma gərək sözümüzlə əməlimizdə eyni olsun! Eşq olsun yaxşı dostluğa. Eşq olsun sizin kimi əsl dosta ölkənin əsas ulduzu Aygün Kazımova". 




Elton HACIYEV