Aygün Kazımova "Vətənə xidmətinə" ordeni ilə təltif edildi - Fotolar


Aygün Kazımova "Vətənə xidmətinə" ordeni ilə təltif edildi -

İyunun 14-də Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Xalq artisti Aygün Kazımovanın iştirakı ilə bayram konserti təşkil olunub.

MediaTime
xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan proqramda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqə sükütla yad edilib. Konsertdə ordu quruculuğunda fərqlənən hərbiçilər mükafatlandırılıb. Böyük coşqu ilə keçən konsertdə Xalq artisti Aygün Kazımovamın hərbi vətənpərvərlik mövzulu nəğmələri ilə davam edib. "Səma" rəqs ansambılının müşayəti ilə "Azərbaycan" mahnısının sədaları altında yekunlaşıb. Tədbirin sonunda Xalq artisti Aygün Kazımovaya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Vətənə xidmətinə" görə ordeni və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin mükafatı təqdim olunub.