Günay İbrahimlidən Türkiyədə yeni layihə: “O bəsimdir” - VİDEO+FOTO


Günay İbrahimlidən Türkiyədə yeni layihə:

Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.

MediaTime  xəbər verir ki, “O bəsimdir” adlı mahnının müəllifi və layihənin rəhbəri bəstəkar Zülfi Bədəlovdur. Bəstənin aranjimanı Elvin Musayevə aiddir. 

Sənətində daima yeniliklər etməyi sevən Günay İbrahimli bildirib ki, klipin çəkilişləri ölkə xaricində baş tutub: “Çəkilişlərimiz İstanbulda baş tutdu. “o bəsimdir”in rejissoru Kemal Yıldızdır. Ümumilikdə çəkilişlərdə həm Azərbaycan həm də Türkiyədən olan komanda çalışıb. Mahnı sevgidən bəhs edir”.
İfaçı çəkilişlərin 20 saata yaxın davam etdiyini bildirib: “Peşəkar komanda ilə işlədiyim üçün yorğunluq hiss etmədim. Əksində çəkiliş prosesindən zövq aldım. Mənim üçün ən vacib məsələ sevənlərimə keyfiyyətli iş təqdim etməkdir. Bundan sonra da”.







Elton HACIYEV