Pərviz bunu Azərbaycanda ilk dəfə etdi - "Akustik 5"


Pərviz bunu Azərbaycanda ilk dəfə etdi -

Məşhur mahnıların müəllifi Pərviz Mahmudov Azərbaycan musiqisində yeniliyə imza atıb. 

 

MediaTime  xəbər verir ki, ölkədə ilk akustik albom təqdim edən bəstəkar-müğənni musiqi müəllifi olduğu hitləri bu dəfə öz ifasında səsləndirib.

Albomda daha əvvəl Aygün Kazımova, Brilliant Dadaşova, Günay İbrahimli, Sevda Yahyayeva və digər müğənnilərin ifa etdiyi "Paramparça", "Bilirəm", "De mənə", "Yansın", "Bir acı" kimi mahnılar musiqi prodüseri Camal Qurbanov tərəfindən aranjiman olunub.

İçində Günər Əliyev, Leyli Erol, Altay Yaşar, Aygün İsmayılova kimi söz yazarlarının da yer aldığı albom haqqında xəbər müəllifin @pervizmahmudov adlı instaqram hesabında yayımlanıb.


Elton HACIYEV