Murad "Bakı göz yaşlarına inanmır"da riyakarlıq və xəyanətdən bəhs etdi


Murad "Bakı göz yaşlarına inanmır"da riyakarlıq və xəyanətdən bəhs etdi

Müğənni Murad Arif "Bakı göz yaşlarına inanmır" adlanan yeni mahnısını və ona çəkilmiş klipini təqdim edib.

MediaTime xəbər verir ki, mahnının sözləri və musiqisi sənətçinin özünə, aranjimanı isə Emin Karimə(STKHA) məxsusdur. Ekran işinin rejissorluğunu isə Emin Mehdiyev edib. Klip sənətçinin rəsmi "YouTube" kanalında yayımlanıb. Murad nəğmə və klipin mövzusunun riyakarlıq və xəyanət haqqında olduğunu qeyd edib. Qeyd edək ki, bu Murad Arif ilə "RÄNG" leyblinin birgə ərsəyə gətirdiyi növbəti işdir.



Elton HACIYEV