Samra bu dəfə manatdan oxudu


Samra bu dəfə manatdan oxudu

Müğənni Samra Rəhimli “AZN” adlı yeni klipini təqdim edib.

MediaTime xəbər verir ki, sənətçi bu dəfə də ənənəsinə sadiq qalaraq fərqli klip təqdim edib. Müğənni 6 obrazda kamera qarşısına keçib.

Samranın klipdə müxtəlif əskinaslarla olan səhnələri və Mirzə Ələkbər Sabirin portreti ilə olan kadrları diqqət çəkib.

Qeyd edək ki, klipin layihə rəhbəri, rejissoru isə İlahə Baxşıyevadır (İ.BAX). İfaçının tərzi üzərində də anası işləyib.

Mahnının beati Clavisə, soundu isə OD-a məxsusdur.






Elton HACIYEV