Afaq üçün Rəhim həm bəstələdi, həm klip çəkdi - Video


Afaq üçün Rəhim həm bəstələdi, həm klip çəkdi

Bəstəkar-müğənni Rəhim Rəhimli yeni layihəsini təqdim edib.

MediaTime xəbər verir ki, sözləri Mintac Elsevərə, musiqisi super ulduzun özünə aid olan "Öp Məni" mahnısına Afaq Aslanın ifasında, elə özü rejissorluq edərək, klip çəkib və layihəni tamaşaçıların ixtiyarına verib. Yeni layihəsində Azərbaycandan xaricə köçüb, yenicə ailə həyatı quran Afaq Aslanı yeni tərz və obrazda göstərən Rəhim Rəhimli yenə peşəkarlığını göstərib. Klip hal-hazırda  məşhur  "Dark'n Dark Music", avqust ayında isə "Netd Müzik" youtube səhifəsinə yüklənəcək.

Qeyd edək ki, ekran işi həm Azərbaycanda, həm də Dubayda  lentə alınıb. Klipin prodüser və piar menecerliyini isə Həmzə Məmmədli edib.



Elton HACIYEV