Safuranın yeni albomundan ilk klip: "Ağla"


Safuranın yeni albomundan ilk klip:

“Eurovision” təmsilçimiz Safura Əliyeva nəhayət ki, "Möcüzə" albomundan ilk klipini təqdim edib.

MediaTime xəbər verir ki, "Ağla" mahnısına çəkilən klip Türkiyənin məşhur “NetD” musiqi portalında yerləşdirilib. Bəstənin sözləri Zülfi Bədəlova, musiqisi və aranjimanı Elvin Musayevə məxsusdur.

Safuranın uzun müddətdən sonra təqdim etdiyi klipin rejissoru Cəlal Kəngərlidir. Klip Bakıda lentə alınıb.
Klipdə S.Əliyevanın stili üzərində Elnur Həsənov çalışıb.



Elton HACIYEV