Zamiq Hüseynov şəhid övladları üçün oxudu


Zamiq Hüseynov şəhid övladları üçün oxudu

"YAŞAT" Fondu və "Asan Könüllüləri" Təşkilatının birgə təşəbbüsü ilə Lənkəranda şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin bu dəfəki ulduz qonağı müğənni Zamiq Hüseynov oldu.

MediaTime xəbər verir ki, Lənkəranda igid qəhrəmanlarımızın övladları qarşısında sevilən mahnılarını səsləndirən sənətçi, onlarla birgə də səhnəni bölüşdü. Belə layihələrin davamlı olmasını arzulayan Hüseynov, duyğularını da dilə gətirdi:
"Konsertden çox möhtəşəm təəssüratlarla ayrıldım. Seyr edirdim ki, övladlarımızın üzünə az da olsa, gülüş bəxş edə bilmişik. Onların əylənməyini görüb, sözsüz ki, mən də xoşbəxt olurdum. Qəribə hisslər idi. Oxuyaraq fəxr edirdim, həmçinin qürur duyurdum. Hisslərim o qədər gözəldir ki, onu kəlimələrə sığdıra bilmərəm. Təşkilatçılara bu gözəl addıma görə, sonsuz təşəkkür edirəm və nə yaxşı ki, bir sənətçi olaraq iştirak etmək mənim də payıma düşdü! Bu tip layihələrin davamlı olması gərəkdir. Hər birində də böyük sevgi ilə iştirak edəcəyəm!"





Elton HACIYEV