"Aygün Kazımovaya cavab qaytardığım üçün peşmanam" - Röyadan ETİRAF


"Aygün Kazımovaya cavab qaytardığım üçün peşmanam" -

"Azərbaycanda açılan ilk maqazin proqramında məni Aygün Kazımova ilə üz-üzə qoydular və mən ona cavab qaytardım. Buna görə indi peşmanam".

MediaTime xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan News24.az-a videomüsahibəsində deyib. Sənətçi zamanında həmkarı Aygün Kazımovaya cavab verdiyinə görə peşman olduğunu etiraf edib:

"Amma düşünürəm ki, bu çılğın yaşlarımda olan bir şey idi. Anlaşılmazlıqlar oldu, bəlkə də adımdan ona başqa şeylər çatdırdılar, bilmirəm. Allah şeytana lənət eləsin. Ümumiyyətlə, sənətdə yaşça məndən böyük olanların hər biri əzizdir, başımın tacıdırlar". 

Elton HACIYEV