Türk adaşından Damlaya: "Azərbaycanın super starı..."


Türk adaşından Damlaya:

Türkiyəli müğənni Damla azərbaycanlı adaşı Damlanı "Üzərlik" mahnısının işıq üzü görməsi münasibətiylə təbrik edib.
 

MediaTime-ın məlumatına görə, sənətçi İnstaqram (story) bölməsində Damlanı azərbaycanın super starı adlandırıb:

"Gözəl adaşım Azərbaycanın super starı nə gözəl iş çıxarıb. Mahnını, elə klipi də çox bəyəndim. Azərbaycana qucaq dolusu sevgilər. Bir çox insanlar, hətta səmimi olduqlarım belə bizi səhv salır".

Qeyd edək ki, mahnının müəllifi reper YAP10 -dur.  




Elton HACIYEV