Rəqsanə "İnstaqram"a qayıtdı - 1 milyon sevinci


Rəqsanə "İnstaqram"a qayıtdı -

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədəki 1 milyon izləyici olan profilini bərpa edib.

MediaTime xəbər verir ki, bir neçə gün öncə ifaçının instaqram hesabı hakerlər tərəfindən oğurlanmışdı.
Xeyli müddətdir oğurlanmış profilini geri qaytarmağa çalışan Rəqsanə axır ki, istəyinə nail olub.

Qeyd edək ki, R.İsmayılova bir neçə gün öncə yeni klipini təqdim edəndən sonra instaqram səhifəsi oğurlanmışdı.

 Elton HACIYEV