Kleopatranın klipi məhv oldu, ikincisini çəkdirdi: "Lavanda qoxulum"


Kleopatranın klipi məhv oldu, ikincisini çəkdirdi:

Müğənni Kleopatra  bir neçə gündür anons etdiyi yeni layihəsini təqdim edib. 

 

MediaTime  xəbər verir ki, bəstənin sözləri Aygün Miyak İsmayılovaya məxsus olan “Lavanda Qoxulum” mahnının ekran həlli Röyal Səfərova həvalə edilib. 

Kleopatra bildirib ki, klip üçün iki dəfə kamera qarşısına keçməli olub. Belə ki, birinci çəkilişdə texniki problem yaranıb və kadrlar məhv  olub. Müğənni  məcbur başqa bir rejissorla çalışıb. 

Layihənin müəllifi isə maqazin jurnalisti Elton Hacıyevdir.