İnstaqramdan Nərminə sürpriz - Video


İnstaqramdan Nərminə sürpriz -

İnstaqram sosial şəbəkəsinin rəsmən tanıdığı növbəti yerli məşhurlar sırasına müğənni Nərmin Kərimbəyova da qoşulub.

MediaTime xəbər verir ki, paylaşım platforması bunu sübuta yetirən mavi işarəni tətbiq edib. Sənətçinin səhifəsinin rəsmən tanınması üçün İnstaqramla aparılan danışıqları mikpro yayım şirkəti həyata keçirib.

Xatırladaq ki, bu günə kimi yerli sənətçilər arasında Xalq artistləri Aygün Kazımova, Tünzalə Ağayeva, Röya Ayxan, rəqqasə Oksana Rəsulova, müğənnilər Günay İbrahimli, İlhamə Qasımova və başqaları İnstaqram tərəfindən rəsmən tanınıb.

Nərmin eyni zamanda yaradıcılıq işində də yeniliklər edib. O, söz və musiqisi Fərid Ağaya məxsus olan "Ona dəyməz" adlı mahnısını sevənlərinə təqdim edib.
Mahnı ötən gündən etibarən sənətçinin rəsmi "YouTube" kanalında təqdim olunub.





Elton HACIYEV