Sayqa Cahid təcili Türkiyəyə aparıldı - Vəziyyəti ağırdır


Sayqa Cahid təcili Türkiyəyə aparıldı -

Tanınmış prodüser Sayqa Cahid təcili olaraq Türkiyəyə aparılıb və xəstəxanaya yerləşdirilib.

MediaTime xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər məlumat verib. Onun sözlərinə görə, S.Cahid müalicə olunmaq üçün Türkiyəyə aparılıb. Maddi imkanı müalicəsinə çatmayan həmkarı üçün Elgiz yardım istəyib. Oğlunun tələbə olduğunu xatırladan aparıcı Sayqanın yardım kompaniyasından xəbərsiz olduğunu vurğulayıb:
"Səhər saatlarında çox üzücü xəbər aldım. Tanınmış jurnalist, prodüser Sayqa Cahid ağır vəziyyətdə Türkiyəyə çatdırılıb. Burada dərdinə əlac olmayıb. Hal-hazırda vəziyyəti kritikdir. Maddi sıxıntısı var. Allaha xatir, onu ölməyə qoymayaq. Xahiş edirəm, nə olar köməyimizi əsirgəməyək. Vəziyyəti çox ağırdır. Pulu ödəməsə xəstəxanadan çıxaracaqlar. Allah yardımçınız olsun".