Məşhur müğənni xərçəngdən dünyasını dəyişdi


Məşhur müğənni xərçəngdən dünyasını dəyişdi

Tanınmış ingilis müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında dünyasını dəyişib.

MediaTime xəbər verir ki, sənətçi bir ildir müalicə aldığı xərçəng xəstəliyinin qurbanı olub. Sarahın ölümü barədə anası Meri Hardman sosial şəbəkədə yazıb.

Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub.