Kleopatra "silikonlu müğənnilər"ə sataşdı: “Tamaşaçı nə qədər inqubator simalar görsün?”


Kleopatra "silikonlu müğənnilər"ə sataşdı:

“Lavanda qoxulum” mahnısı ilə gündəmə gələn Kleopatra sosial şəbəkədə atmacalı paylaşım edib.

 
MediaTime xəbər verir ki, ifaçı instaqramda bədəninə silikon vurdurub şişirdən qadın müğənnilərə söz atıb:

“Tamaşaçı nə qədər silikon dodaq, silicon yanaq, süni popu, fake sifətlər, inqubator similar görsün? Zövqü çirkləndirən bayağı “qıjı” musiqi görməlidi? Nə qədər?”.

O, bayağı mahnı oxuyanlarla bağlı tədbir görülməsini bildirib:

“Nəhayət ki, təbii gözəllik və əsl şousunun nə olduğunu göstərməyin zamanı gəldi çatdı.  Kleopatra sizin zövqünüzü vulqar, bayağı və “qıjı”lardan  qurtaracaq, söz. Bunun üçün çalışacam, əlimdən gələni edəcəm”.