Afaq Gəncəli "XƏZƏR TV"ya getməsi ilə bağlı danışdı


Afaq Gəncəli "XƏZƏR TV"ya getməsi ilə bağlı danışdı

Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli ATV-daki işindən ayrılaraq fəaliyyətini Xəzər televiziyasında davam etdirəcək.

Məsələ ilə bağlı aparıcı ilə danışdıq. Afaq yayılan xəbəri belə şərh edir:

"Xəbər doğrudur. Doğrudan da Bakı balaca şəhərdi. Xəzər TV-ə keçirəm. Bir söz deyə bilərəm ki, Afaq Gəncəlini fərqli ampluada, heç vaxt görmədiyiniz kimi görəcəksiz".

MediaTime əldə etdiyi məlumata görə, aparıcı Xəzərə tək deyil, bütün heyəti ilə birgə keçib.  "ATV Maqazin onlarla" layihəsinin üzvləri də artıq Xəzər TV-nin əməkdaşıdır.